Çavuşoğlu Aİ-ni SƏRT ŞƏKİLDƏ QINADI, Rusiyanı isə...
Bizi izləyin

Region

Çavuşoğlu Aİ-ni SƏRT ŞƏKİLDƏ QINADI, Rusiyanı isə...

"2015-ci ildәn etibarәn Egey dәnizi üzәrindәn Avropa ittifaqına keçәn qaçqınların sayı 92 % azalıb. Buna baxmayaraq Aİ-nin Türkiyәyә verdiyi sözlәrdә ciddi irәlilәyiş olmayıb".

Publilka.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Mövlud Çavuşoğlu almaniyalı jurnalistə müsahibəsində deyib.

Nazir 2016-cı ilin 18 mart tarixindә Aİ ilә Türkiyә arasında nizamsız miqrasiyaya dair әldә olunan müqavilәyә toxunaraq bildirib:

"Avropa İttifaqı vә üzv dövlәtlәr bu mövzudakı öhdәliklәrini görmәzdən gәlirlәr. Yalnız Türkiyәnin nizamsız miqrasiyanın qarşısının alınması ilә bağlı öhdәliklәrinә mәrkәzlәşmәyә üstünlük verirlәr".

M.Çavuşoğlu Aİ-nin suriyalılar üçün könüllü humanitar qәbul sistemini aktivlәşdirmәdiyini, müqavilәnin nәzәrdә tutduğu kimi suriyalıların terrorçulardan tәmizlәnmiş bölgәlәrә tәhlükәsiz vә könüllü şәkildә geri qayıtmasını dәstәklәmәdiyini vurğulayıb

"Rusiya ilә dialoqumuz regional vә beynәlxalq sabitliyә töhfә verәcәk", - Türkiyә ilә Rusiya arasındakı münasibәtlәrә dә toxunan Çavuşoğlu deyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm