Ərdoğan Kıbrısda MÜJDƏNİ VERDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Ərdoğan Kıbrısda MÜJDƏNİ VERDİ - (YENİLƏNDİ)

Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətində (KKTC) yeni prezident iqamətgahı və parlament binası inşa ediləcək.

Publika.az xəbər verir ki, bunu parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Məlum olduğu kimi, KKTC rəhbərliyinin uyğun bir iqamətgahı və binası yoxdur. Biz bunu KKTC-yə yaraşdırmırıq. İndi prezident iqamətgahı ilə əlaqədar hazırlanan layihə üzərində işlər bitdi və inşasına yaxında başlayırıq. Millət Baxçasını da inşa etmək istəyirik. Bu, dövlət olmağın ifadəsidir. Bunu inşallah layihəni həyata keçirəcək şəxslərə göstərəcəyik. Eyni zamanda parlament binası da inşa edəcəyik. İstəyirik ki, millət vəkillərimizin özlərini azad və rahat hiss edə biləcəkləri məkan olsun. Biz 500 hektar torpaq ayırmışıq", - Türkiyə lideri müjdəni verib.

Hüseyn

xxx

18:36

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətinə (KKTC) səfər edib.

Publika.az xəbər verir ki, Türkiyə lideri hazırda Şimali Kipr (Kıbrıs) Türkiyə Cümhuriyyətinin parlamentindən millət vəkillərinə xitab edir.

Məlumata görə, o, öncədən anonsunu verdiyi müjdəni açıqlayacaq.

Bildirək ki, tədbirdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyyəti iştirak edir.

xxx

09:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətinə (KKTC) səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri bu ölkənin parlamentində millət vəkillərinə xitab edəcək və öncədən anonsunu verdiyi müjdəni də elə burada açıqlayacaq.

Qeyd edilir ki, Ərdoğan KKTC-yə geniştərkibli heyyətlə səfər edəcək. İlk dayanacağı paytaxt Lefkoşada parlament binası olacaq.

Səfərdə Türkiyə heyəti ilə yanaşı Azərbaycan hökumətinin nümayəndə heyətinin də iştirakı gözlənilir.

Türkiyə prezidenti bundan öncə çıxışı zamanı verəcəyi müjdənin detallarını açıqlamasa da hazırlıqların tamamlandığını elan etmişdi.

Siyasətçilər müjdənin KKTC ilə əlaqədar qarşıdakı proseslərə işıq salacağını bildirirlər.

Nişantaşı Universitetinin üzvü Prof. Dr. Nurşin Ateşoğlu bildirib ki, bu müjdə KKTC-nin müstəqil dövlət olması istiqamətində iradəni dəstəkləyəcək və gücləndirəcək.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm