Region
Türkiyə PKK/YPG-nin nümayəndəliyi açılan ölkəyə NOTA VERDİ

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu bardə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır.
Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.
"Biz terrorçuluqla mübarizədə terror təşkilatları arasında ayrı-seçkiliyin yolverilməz olduğunu hesab edirik. Özlərini hədəf almır deyə, terror təşkilatlarına qucaq açanlara bunun ucunun bir gün özlərinə də toxunacağını xatırlatmaqda fayda var. Türkiyə Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK və ona bağlı qruplaşmalarla mübarizəsini qətiyyətlə davam etdirəcək", - məlumatda vurğulanıb.

-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onların məkrli planını pozun
-
İKT28 Yanvar 23:36
İctimai yerlərdəki "Wi-Fi"lar təhlükəli imiş... - RİSKLƏR
-
Səhiyyə28 Yanvar 22:49
Yaddaş pozğunluğunu aradan qaldırmağın ALTI YOLU
-
Sosial28 Yanvar 22:17
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində - FOTO
-
Magazin128 Yanvar 20:24
Nazpəri Dostəliyevaya növbəti ACI XƏBƏR - FOTO