Türkiyədə fəlakət qurbanlarının SAYI ARTDI
Bizi izləyin

Region

Türkiyədə fəlakət qurbanlarının SAYI ARTDI

Türkiyədə sel fəlakəti nəticəsində həlak olanların sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Kastamonuda 62, Sinopda 15, Bartında 1 nəfər həyatını itirib. Hazırda 7 nəfər müalicəsini davam etdirir. Qeyd edilir ki, sel zamanı həlak olan daha 14 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

xxx

09:39

Ötən həftə Türkiyənin Qərbi Qara dəniz bölgəsində baş verən sel qurbanlarının sayı daha da artıb.

Publika.az xəbər verir ki, Kastamonuda daha 7 nəfərin meyiti dağıntı və lil qatının altından tapılaraq çıxarılıb. Beləliklə sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb.

Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub. Hazırda 60-a yaxın şəxs itkin düşmüş sayılır və onların axtarışları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm