Türkiyədə DƏHŞƏT: ata və 3 övladı diri-diri yandı, ana isə..
Bizi izləyin

Region

Türkiyədə DƏHŞƏT: ata və 3 övladı diri-diri yandı, ana isə..

Türkiyədə güclü yanğın baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Sakarya vilayətinin Geyve rayonundakı evlərin birində qeydə alınıb.

Yanğın zamanı ata və biri körpə olmaqla 3 övladı həyatlarını itiriblər. Xilas edilən ana və uşağı xəstəxanada müalicə olunur.

Qeyd edilib ki, ailə dostlarına aid evə qalmağa gəlib. Bədbəxt hadisə sobanın partlaması nəticəsində baş verib.

Bədənində ciddi yanıqlar olduğu üçün Sakarya Təhsil və Araşdırma Xəstəxanasına köçürülən 4 yaşlı uşağın sağlamlıq vəziyyətinin ağır olduğu deyilir.

Yanğının söndürülməsi zamanı yüngül yaralanan yanğınsöndürən isə xəstəxanaya aparılıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm