Region
Lavrovdan KƏSKİN SÖZLƏR: Sərhəddə gərginliyi bu ölkə artırır
"ABŞ Rusiyanın ətrafında hərbi bazalar yerləşdirib, daim isterikanı qızışdırır və Rusiya tərəfini öz ərazisində təlimlər keçirməsinə görə qınayır".
Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri Vaşinqtonu Rusiya Federasiyasının sərhədində gərginliyi artırmaqda ittiham edib: "Rusiya Silahlı Qüvvələrini öz suveren ərazilərində keçirdiyi təlimlərdə ittiham edirlər. Hansı ki, bu ölkə sərhədlərimizə çoxlu sayda qoşun və hərbi texnika yığıb, ABŞ-ın bizi bu şəkildə mühasirəyə alması faktı var. Bütün bunlar hər kəsə məlumdur".
Lavrov Qərbin bəyanatlarını əsassız adlandırıb. O, Qərb tərəfdaşlarının "öz hegemonluğunu qorumaq" cəhdinin tarixin obyektiv gedişatına zidd olduğunu qeyd edərək çoxqütblü dünya nizamının formalaşdığına diqqət çəkib. "Biz bütün çoxtərəfli prosesin razılıqlar və konsensus həlləri axtarışına cəmlənməsini müdafiə edəcəyik", - deyə Rusiyanın baş diplomatı əlavə edib.
Akqabay
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ