Ərdoğanın mitinqində BOMBA HƏYƏCANI: böyük terror aktının qarşısı alındı - FOTO/VİDEO
Bizi izləyin

Region

Ərdoğanın mitinqində BOMBA HƏYƏCANI: böyük terror aktının qarşısı alındı - FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir sıra layihələrin açılışı üçün Siirt əyalətinə səfəri zamanı həyacanlı anlar yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, ölkə başçısının mitinqində təhlükəsizliyi təmin etməli olan polislərdən birinin avtomobilinin altına quraşdırılıb.

Partlayıcı qurğu polisin ayıq-sayıqlığı sayəsində vaxtında zərərsizləşdirilib.

Partlayıcının aşkarlanmasından sonra hadisə yerinə bomba zərərsizləşdirilməsi üzrə ekspert qrupları göndərilib. Komandalar partlayıcını nəzarətli şəkildə məhv edib.

Məlumata görə, partlayıcını yerləşdirənlərin tutulması üçün işlərə başlanılıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm