Region
Azərbaycanla İran arasında müzakirələr aparıldı - FOTO
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib.
Dövlət Turizm Agentliyindən Publika.az-a verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Fuad Nağıyev iki qonşu ölkə arasında turizm sahəsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələsinin mühümlüyünü vurğulayaraq Azərbaycana səfər edən vətəndaşların sayına görə İranın ilk üçlükdə qərarlaşdığını diqqətə çatdırıb.
Agentlik sədri postpandemiya dövründə turizmin sürətli bərpa prosesi fonunda İrandan gələn turistlərin sayının tezliklə pandemiyadan əvvəlki rəqəmlərə çatacağına ümid etdiyini bildirib.
Seyid İzzətullah Zərqami öz növbəsində iki ölkə arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunun turizm əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Görüşdə Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanmış sənədin reallaşdırılmasının vacibliyi, viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi üzrə aktiv işlərin aparılması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
F.Nağıyev iranlı həmkarını Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, Seyid İzzətullah Zərqami isə öz növbəsində Fuad Nağıyevi İrana səfərə dəvət edib.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64 833 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 % artım deməkdir.
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası22 Noyabr 12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO












.jpg)
























