Region
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlin rəhbəri Vladimir Putinlə sıx əlaqədə olduğunu bildirib. O, bunu Ukraynadakı müharibəni bitirmək üçün etdiyini izah edib.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Ərdoğan bu barədə Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçi kimi çıxış edir və humanitar böhranı tez bir zamanda dayandırmaq istəyir. Ərdoğan hesab edir ki, NATO diplomatik qüvvələri cəmləşdirməlidir. Ona görə də müharibənin ilk günlərindən Ukrayna və Rusiya tərəfləri ilə sıx dialoqda olub.
"Rusiya prezidenti Putinlə daimi təmasdayam. Bütün səylərimiz davamlı sülhə yol açacaq addımların atılmasına yönəlib", - Türkiyə prezidenti deyib.
Xatırladaq ki, daha əvvəl Ankara Ukrayna dəniz limanlarının blokadasının açılması ilə bağlı Rusiya ilə uğurlu danışıqlar aparılması ilə bağlı məlumat yaymışdı.
Hüseyn İbadlı

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ