Region
Çaykovski də belə getdi - Kiyevdən rus bəstəkarı ilə bağlı QƏRAR
Ukrayna Mədəniyyət Nazirliyinin rusifikasiyanın və totalitarizmin nəticələrinin aradan qaldırılması üzrə Ekspert Şurası Kiyevdə yerləşən Milli Musiqi Akademiyasından bəstəkar Pyotr Çaykovskinin adını götürməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilir.
“Ekspert şurası yekdilliklə Ukrayna Milli Musiqi Akademiyasının əməkdaşlarına əmək kollektivinin iclasında P.İ.Çaykovskinin adının ali təhsil müəssisəsindən götürülməsi məsələsinə baxmağı tövsiyə etmək qərarına gəlib”, - deyə Ukrayna Mədəniyyət Nazirliyinin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, iyunun 5-də Ukrayna Mədəniyyət Nazirliyi propaqandist rus ədəbiyyatını kitabxana fondlarından çıxarmaq planlarını açıqlamışdı. Hansı əsərlərin təbliğat xarakterli sayılacağı dəqiqləşdirilməyib.
İyunun 7-də isə Ukrayna təhsil nazirinin müavini nazirliyin “Hərb və sülh” roman-epopeyasını, eləcə də rus qoşunlarını vəsf edən digər əsərlərin məktəb proqramından çıxarılması barədə qərar qəbul etdiyini açıqlayıb.
Səxavət
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































