Egeydə yunan TƏXRİBATI: Ankara Afinaya TƏLƏB İRƏLİ SÜRDÜ
Bizi izləyin

Region

Egeydə yunan TƏXRİBATI: Ankara Afinaya TƏLƏB İRƏLİ SÜRDÜ

Ankara Afinanı Türkiyənin Bozcaada adasından 11 mil aralıda beynəlxalq sularda üzən gəmini atəşə tutmaqda günahlandırıb və hadisənin ciddi araşdırılmasını tələb edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, insident şənbə günü, sentyabrın 10-da saat 13:27-də (Bakı vaxtı ilə 14:27) baş verib. Yunan tərəfi Bozcaadadan 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda Komoriya bayrağı altında üzən Ro-Ro tipli Anadolu gəmisini atəşə tutub. Türkiyə sahil mühafizə katerlərinin bölgəyə gəlməsindən sonra Yunanıstan tərəfi ərazini tərk etmək məcburiyyətində qalıb.

Agentliyin mənbəsi bildirib ki, Türkiyə "beynəlxalq hüquqa tamamilə zidd olan bu hadisəyə dərhal etiraz edib. Hadisənin ciddiliyi vurğulanıb, dərhal araşdırma və izahat tələb olunub" - deyə o, əlavə edib.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın dövlətlər arasında ərazi mübahisələrini artıracağı təqdirdə dərhal zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq etmişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm