Ter-Petrosyandan sülh AÇIQLAMASI: Gec-tez imzalamalıyıq...
Bizi izləyin

Region

Ter-Petrosyandan sülh AÇIQLAMASI: Gec-tez imzalamalıyıq...

"Bəlkə də məni qınayacaqlar. Amma bunu etiraf etməyi özümə borc bilirəm. Xalqımız anlamalıdır ki, bizi çətin və ağrılı qərarlar gözləyir. Həmin qərarları biz gec-tez verməyə məhkumuq. Bunu bizdən keçmiş yox, gələcək tələb edir".

Publika.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai televiziyasına müsahibəsində söyləyib.

Ermənistanın ilk prezidenti bildirib ki, Bakı və Ankara ilə müqavilələr imzalanmalıdır:

“Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Çünki cəmiyyətimizin baş verənlərdən xəbəri yoxdur. Bu məlumatı yalnız bir nəfər, baş nazir Nikol Paşinyan bilir. Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, yaxşı olacaq. Onlar düşünürlər ki, o zaman çətin qərarlardan qaçmaq mümkündür. Əsla belə deyil! Ən yaxşı halda bu sadəlövhlükdür".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm