Ərdoğan Əsədlə görüşür? - Seçkilərdən sonra hər şey...
Bizi izləyin

Region

Ərdoğan Əsədlə görüşür? - Seçkilərdən sonra hər şey...

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bəşər Əsədlə görüşə biləcəyinə işarə vurub.

Publika.az
xəbər verir ki, Ərdoğan jurnalistlərin “Siz zamanı gələndə Əsədlə də görüşə bilərik demişdiniz, iki ölkə arasındakı münasibətlər nə yerdədir” sualına cavabında bunun istisna olmadığını deyib.

Ərdoğan bildirib ki, siyasətdə əbədi düşmənçilik ola bilməz.

“Zamanı gələndə bu məsələni dəyərləndirə bilərik. Hazırda Türkiyə olaraq problemlərimizin olduğu ölkələrlə münasibətlərə yenidən baxırıq. İyun seçkilərindən (2023-cü ilin iyun ayında keçiriləcək prezident seçkiləri-red) sonra hər şeyi yenidən başlaya bilərik”, - Türkiyə prezidenti vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm