Ərdoğanın Rusiyaya iradına Kremldən CAVAB
Bizi izləyin

Region

Ərdoğanın Rusiyaya iradına Kremldən CAVAB

"Rusiya və Türkiyə Suriyada təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərdə bəzən fikir ayrılığına düşürlər, lakin Moskva ilə Ankara arasındakı münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri bunu açıq və konstruktiv müzakirə etməyə imkan verir".

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən Suriya bölgələrini kürd silahlı qruplaşmalarından təmizləmək öhdəliyini yerinə yetirmədiyi barədə bəyanatını belə şərh edib.

“Rusiya və Türkiyənin Suriyadakı vəziyyətə və məhz həmin Soçi memorandumu üzrə öhdəliklərinin yerinə yetirilməməsinə dair yanaşmalarında müəyyən nüanslar var. Bu nüanslar, hətta bəzən fikir ayrılıqları da iki prezident tərəfindən dəfələrlə müzakirə olunub” - Peskov Kremlin Ərdoğanın bəyanatına münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik məsələlərinə dair narahatlığına rəğbət bəsləyir. Onun sözlərinə görə, bu, Türkiyənin qanuni haqqıdır. Bununla yanaşı, Peskov bildirib ki, Rusiya bütün tərəfləri sabitliyin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıb.

“Bu, bumeranqı geri qaytara və təhlükəsizlik vəziyyətini daha da çətinləşdirə bilər”, - Peskov əlavə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm