Region
Türkiyə böyük əməliyyata başlayacaq - Bu dəfə qurudan
Türkiyə dekabrdan sonra Suriya və İraqda genişmiqyaslı quru əməliyyatına başlaya bilər.
Publika.az xəbər verir ki, bu haqda “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi məlumat verib.
Selvinin sözlərinə görə, İraqdakı hava əməliyyatının dekabrda başa çatacağı gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlayacaq.
Köşə yazarı vurğulayıb ki, bu dəfə bölgədə daha böyük əməliyyat planlaşdırılır.
“İstiqlal hücumundan və Karkamışa atılan raketlərdən sonra quru əməliyyatı gözləntiləri daha da güclənib. Ərdoğan Suriyada Tel Rıfat, Mənbic və Ayn əl-Ərəb şəhərlərində quru əməliyyatının keçiriləcəyinin anonsunu verdi. Hava əməliyyatlarımıza davam edərkən, bizim üçün ən münasib vaxtda terrorçuları qurudan da məhv edəcəyik”, - A.Selvi əlavə edib.
Qeyd edək ki, noyabrın 20-də Türkiyə Milli Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatının başladığını elan edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalındakı əməliyyatları hələ başlanğıcdır.
Akqabay
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı