Region
ABŞ-dan Türkiyəyə ŞOK TƏHDİD: "Əgər əməl etməsəniz..."
ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə koordinatoru səfir Ceyms C. O'Brayen beynəlxalq media qurumlarının jurnalistlərinə Türkiyə ilə bağlı mühüm açıqlamalar verib.
Publika.az “Yeni Akit”ə istinadən xəbər verir ki, Türkiyənin Ukrayna-Rusiya müharibəsində oynadığı rolu vurğulayan O'Brien bildirib ki, müharibədə Türkiyə bir çox fərqli mövzuda mühüm rol oynayıb.
“Türkiyə silahlı pilotsuz uçuş aparatları ilə Ukraynaya dəstək verdi. Onların döyüş meydanında böyük əhəmiyyəti var idi. Ankara BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsündə vasitəçilik etdi. Ona görə də Türkiyənin bu münaqişədə humanitar və hərbi rolu böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
“Sanksiyalara əməl olunmasa, tədbir görərik”
Bununla belə, O'Brian həm Türkiyə hökumətinə, həm də ölkənin özəl sektoruna sanksiyalara əməl olunmasını gözlədiklərini çox açıq şəkildə ifadə bəyan edib. O, Türkiyənin özəl sektorunun bu məsələdə çox aydın olduğunu və sanksiyalara böyük ölçüdə əməl etdiyini müşahidə etdiklərini qeyd edib.
Türkiyəni “vacib tərəfdaş” olaraq xarakterizə edən və “hər zaman olduğu kimi, bu mövzuda da çox açıq və səmimi fikir mübadiləsi apardıqlarını” deyən O'Brian, ABŞ-ın sanksiyalarla bağlı siyasətinin bəlli olduğunu qeyd edib. O, Türkiyə tərəfinə “maraqlarımız tələb etdiyi təqdirdə, sanksiyalar tətbiq edəcəyik” mesajını verib.
Qarşıdakı aylarda Türkiyədən bəzi gözləntilərinin olduğunu qeyd edən O'Brian, “sanksiyalara əməl edilib-edilmədiyini görmək üçün həm türk səlahiyyətliləri, həm də özəl sektorla çox yaxından əlaqə saxlamağa davam edəcəyik. sanksiyalara əməl olunmazsa, tədbir görüləcək”, - deyə əlavə edib.
O, bu xəbərdarlığın nə ilə nəticələnə biləcəyinə də aydınlıq gətirib. Sanksiyaların pozulmasına səbəb olan materialların tədarükü ilə bağlı ikinci dərəcəli sanksiya qərarlarının verilə biləcəyini bildirən ABŞ koordinatoru, həmçinin “bu halı dayandırmaq üçün başqa addımların atılmasının da variantlar arasında olduğunu” bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi isə əvvəlki açıqlamalarında ölkənin sanksiyaların tərəfi olmasa da, sanksiyaların pozulmasına yol verilməyəcəyini vurğulamışdı.
Akqabay
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı






























.png)


.jpg)



