Region
Onlar özlərinin belə inanmadığı xırda fırıldaqçılara çevriliblər - Zaxarova
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi alyansın tərəfdaşları ilə ümumilikdə Qərb ölkələri arasında mövcud olan etimadsızlığın dərəcəsini nümayiş etdirir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Qərb dövlətləri “özlərinin belə inanmadığı xırda fırıldaqçılara çevriliblər”.
“Türkiyə NATO-nun üzvü olduğu üçün tərəfdaşlarını çox yaxşə tanıyır. Onlar (Türkiyə səlahiyyətliləri – red.) öz yolu ilə gedirlər, çünki qismən NATO daxilində qərarların qəbulu xarici işlər nazirləri, müdafiə nazirləri, qərargah komandirləri və ölkələrin liderləri səviyyəsində nəzərdə tutulur. Onlar bilirlər ki, kimisə əymək lazım olanda, o zaman hər hansı vədlər açıq şəkildə verilir, əsas odur ki, qərar qəbul olunsun - bu, kollektiv Qərbin taktikasıdır. O zaman bu vədləri dərk edənlər onların gerçəkləşəcəyinə ürəkdən inanırlar, lakin bütün bunlar yerinə yetirilmir. Türkiyə bunu NATO-nun daxilində olduqları üçün daxildən bilirlər və buna görə də bütün bunların artıq kağız üzərində deyil, konkret qərarlar şəklində təsbit edilməsini tələb edirlər”, - Zaxarova qeyd edib.
Diplomat vurğulayıb ki, bu, Qərbin qaydalarına əsaslanan müəyyən demokratik dünyada tərəfdaşların bir-birinə necə etibar etməməsinin bariz nümunəsidir.
Onun sözlərinə görə, bu vəziyyət bütövlükdə Qərb sivilizasiyasının böhran səviyyəsini nümayiş etdirir, söhbət Türkiyənin bir vaxtlar Aİ-yə üzvlüyünün rədd edilməsindən gedir.
Diplomat onu da vurğulayıb ki, Qərb sivilizasiyasında olan ən yaxşı şeylərin hamısı Rusiyada qorunub saxlanılır, Qərb isə hamısını itirib.
“İndi belə çıxır ki, danışıqlar aparmağa qadir olan Şərqdir, Qərb isə özlərinin belə inanmadığı xırda fırıldaqçılara çevrilib, savaşdılar, öz içlərində çılğın ziddiyyətlərə düşdülər ”, - deyə Zaxarova yekunlaşdırıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın üçtərəfli memorandumda nəzərdə tutulan tələblərini yerinə yetirməyincə, İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olmayacağını bildirib. Onun sözlərinə görə, İsveç öz öhdəliklərini yerinə yetirərsə, Türkiyə bu məsələ ilə bağlı danışıqlara qayıdacaq, lakin hələlik Stokholmun alyansa daxil olmasına dəstək verə bilməz.
Akqabay
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?






.jpg)
























