Region
Dünya liderlərinin xanımlarından Əminə Ərdoğana başsağlığı mesajları
İspaniyanın baş naziri Sançesin həyat yoldaşı Fernandez, Ukrayna prezidenti Zelenskinin həyat yoldaşı Yelena Zelenski, İordaniya kraliçası Raniyə əl-Abdullah və Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana telefonla zəng edərək başsağlığı veriblər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva Əminə Ərdoğanla telefonla danışıb və ona başsağlığı verib. Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı rəsmi sosial media hesabından da paylaşım edən Mehriban Əliyeva "Türkiyə xalqının taleyi bizim taleyimizdir. Uca Allahdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm" yazıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Hoşimova da birinci xanım Ərdoğana mesaj göndərərək başsağlığı verib.
İordaniya kraliçası Raniyə əl-Abdullah birinci xanım Ərdoğana telefonla zəng edərək zəlzələlərdə həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa diləyib. Kraliça Raniyə əl-Abdullah bildirib ki, İordaniya Kralı II Abdullah və İordaniya xalqı qəlbən Türkiyənin yanındadır və onlar üçün dua edirlər. Əminə Ərdoğan fəlakətlə bağlı son məlumatları İordaniya Kraliçasına da çatdırıb. Ərdoğan xoş arzularına görə Kraliça Raniyə əl-Abdullaha təşəkkür edib.
İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Maria Begona Qomez Fernandez mesajında fəlakətdən çox kədərləndiyini ifadə edib. "Faciənin böyüklüyü bizi də dərindən sarsıtdı. Qəlbimiz zəlzələ qurbanları, onların ailələri və ailələri ilə birlikdədir. Bu çətin və ağrılı günlərdə türk xalqına bütün dəstəyimizi və həmrəyliyimizi bildirmək istəyirəm" , - baş nazirin xanımı qeyd edib.
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska sosial media hesabında qeyd edib ki, xalqı yaşadığı bütün faciələrə baxmayaraq, duaları ilə bu gün Türkiyənin yanındadır. Minlərlə insan ölümünün və çəkilən əzabların ifadəolunmaz ağrı olduğunu vurğulayan Zelenska "Əminə Ərdoğan, sizin üçün buradayıq və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna yanınızdadır" deyib.
Haitinin keçmiş prezidenti Jovenel Moisin həyat yoldaşı Martina Mois də sosial şəbəkədə onun və Haiti xalqının Türkiyə, xüsusilə zəlzələdən zərər çəkənlər üçün dua etdiklərini bildirib.
Aytən Məftun
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO







































