Region
İranda itkin düşən Fərid Səfərli casusluq maddəsi ilə HƏBS OLUNDU

Üç aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
O qeyd edib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib: "Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Pezident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun".
Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərlinin martın 3-də İranda müəmmalı şəkildə itkin düşmüşdü.
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmən İran tərəfinə müraciət edib.

-
Dünya05:45
Aqressiv boz ayı iki trusti öldürdü
-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO