Zaxarova: "Bu razılaşmalar soyuq müharibə ruhundadır"
Bizi izləyin

Region

Zaxarova: "Bu razılaşmalar soyuq müharibə ruhundadır"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ, Yaponiya və Cənubi Koreyanın bu yaxınlarda keçirilən üçtərəfli sammitini anti-Rusiya və qarşıdurma adlandırıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, sadalanan üç ölkə qarşılıqlı fəaliyyətlərini Rusiya və Çinə qarşı yönəldiblər. XİN rəsmisi hesab edir ki, görüşdən sonra əldə etdikləri razılaşmalar soyuq müharibə ruhundadır və Asiya-Sakit okean regionunda bloklar yaratmaq məqsədi daşıyır.

“Çox təəssüf ki, Tokio və Seul öz himayədarlarının anti-Rusiya və sinofobik hekayələrini diqqətlə izləyirlər”, - Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Cənubi Koreya ölkələr arasında münasibətləri pisləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm