Region
Ata yeddi yaşlı oğlunu 12 saat GİROV SAXLADI
Silahlı atası tərəfindən girov götürülən 7 yaşlı uşaq Ankarada hüquq-mühafizə orqanlarının böyük səyindən 12 saat sonra xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə "Star" qəzeti yazır.
"Psixi problemləri və narkotik aludəçisi olduğu iddia edilən H.V.(35 yaş) oğlu M.E.V.-ni iki həftə əvvəl boşandığı həyat yoldaşı S.U.-ya vermək istəməyərək tapança ilə girov götürüb. H.V-nin yaşadığı yerə polisin xüsusi təyinatlıları, yanğınsöndürmə briqadası və təcili yardım briqadası göndərilib", - qəzet yazır.
12 saatlıq inandırmadan sonra H.V xüsusi təyinatlılara mənfi cavab verib, oğlanı xilas etmək üçün əməliyyat təşkil edilib.
“Atışmadan sonra H.V ayağından yaralanıb və oğluna psixoloji yardım göstərilir”, - deyə qəzet əlavə edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hüseyn İbadlı
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO






































