Le Pen Rusiyanı günahlandırdı: Fransada seçkilərə müdaxilə...
Bizi izləyin

Region

Le Pen Rusiyanı günahlandırdı: Fransada seçkilərə müdaxilə...

Fransanın sağçı Milli Mitinq partiyasının lideri Marin Le Pen Rusiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında fotosunun yerləşdirilməsinə cavab verib. O, bunu müdaxilə və təxribat forması adlandırıb.

Publika.az xəbər verir ki, TF1 telekanalının efirində aparıcı Marin Le Penə Fransada keçirilən parlament seçkiləri fonunda onun partiyasına Rusiyadan mümkün dəstək barədə sual verib və buna misal olaraq Rusiya XİN-in nəşrini göstərib. O isə cavab verib ki, bu, Fransanın suveren işlərinə təxribat və müdaxilədir.

Le Penin sözlərinə görə, o, “Rusiyanın Fransaya və Emmanuel Makrona qarşı təxribatlarına” görə məsuliyyət daşımır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Fransada keçirilən parlament seçkiləri ilə bağlı nazirliyin müşaviri Andrey Nastasinin şərhini özündə əks etdirən yazı dərc etmişdi. Yazıya şəkil kimi partiyanın çıxışlarından birində Le Penin fotoşəkili əlavə edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm