Taxt-Rəvançi Ermənistana gedəcək
Bizi izləyin

Region

Taxt-Rəvançi Ermənistana gedəcək

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gedəcək.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat verib.

“Mən indicə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyandan xoş çağırış aldım, mən bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi təsdiqlədim, onun İrəvana səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdim", - deyə Taxt-Rəvançi yazıb.

Qeyd edək ki, İranlı diplomatın səfərinin vaxtı açıqlanmayıb.

Bu günlərdə İran XİN rəhbərinin digər müavini Məhəmməd Həsən Şeyxolislami beynəlxalq forum çərçivəsində İrəvana səfər edib. O qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm