İrana DAHA BİR ŞOK - Xüsusi təyinatlıların komandanı da YOXA ÇIXDI
Bizi izləyin

Region

İrana DAHA BİR ŞOK - Xüsusi təyinatlıların komandanı da YOXA ÇIXDI

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani ilə həftənin sonunda Beyruta edilən hücumlardan sonra əlaqə saxlamaq mümkün olmayıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın iki yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Qaani sentyabrın 27-də "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Livana gedib.

Mənbələrdən biri bildirib ki, general Nəsrullahın varisi Haşim Safieddini hədəf alan hücum zamanı Beyrutun cənub ətrafındakı Dahiyədə olub. İkinci mənbə bu məlumatı təsdiqləyib.

İsrail ordusu hələ də zərbələrin nəticələrini qiymətləndirdiyi üçün Qaaninin taleyi ilə bağlı məlumat verə bilməyib.

Oktyabrın 4-də İsrail təyyarələri Beyrut ətrafındakı "Hizbullah" qərargahına 73 ton partlayıcı atıb.

İsrail mediasının yazdığı məlumata görə, öldürülmüş Nəsrullahın əmisi oğlu və varisi Səfiəddin hücum zamanı orada ola bilərdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm