Region
Köçəryanın oğlu məhkəmədə: 14 mülkü, 6,9 milyon dolları əlindən alınır
Ermənistan prokurorluğu ikinci prezident Robert Köçəryanın böyük oğlu - Sedrak Köçəryanın və onun həyat yoldaşının daşınmaz əmlakını müsadirə etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a nəzarət şöbəsindən bildiriblər.
Söhbət 14 daşınmaz əmlakdan və 2,7 milyard dramdan (6,9 milyon dollar) gedir. Baş Prokurorluq məhkəməyə müvafiq iddia təqdim edib.
Qeyd edək ki, eks-prezident Robert Köçəryan son zamanlar yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Sentyabrda ölkənin keçmiş rəhbərinə qarşı məhkəmə istintaqı bərpa edilib. O, 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələrdə iştirakda ittiham olunur.
Həmin vaxt prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirib. Martın 1-də keçirilən etiraz aksiyaları İrəvanda iğtişaşlarla nəticələnib və 10 nəfər həlak olub.
Tural
-
Hadisə01:41
Xaçmazdan ACI XƏBƏR - Ölənlər var
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz
-
Sosial5 Noyabr 23:48
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Region5 Noyabr 23:12
Bu dəfə göydən TOYUQ "YAĞDI" - ANBAAN VİDEO
-
Region5 Noyabr 23:00
İranda çılpaq etiraz - VİDEO
-
İdman5 Noyabr 22:48
Azərbaycanın əməkdar məşqçisi VƏFAT ETDİ