Putin və Pezeşkian arasında ilk görüş başladı
Bizi izləyin

Region

Putin və Pezeşkian arasında ilk görüş başladı

Aşqabadda Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, bu, iki ölkə liderlərinin ilk görüşüdür.

Görüşün əvvəlində Putin qeyd edib ki, Moskva və Tehran beynəlxalq arenada fəal işləyir və hadisələrə tez-tez oxşar qiymət verirlər.

Onun sözlərinə görə, “Rusiya ilə İran arasında qarşılıqlı ticarət tendensiyaları yaxşıdır, mal dövriyyəsi artır”.

Tərəflər ikitərəfli məsələləri, eləcə də Yaxın Şərqdə kəskin şəkildə pisləşən vəziyyəti müzakirə edəcəklər.

Rusiya tərəfdən danışıqlarda baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edir.

Qeyd edək ki, İran və Rusiya Federasiyası prezidentləri “Zaman və sivilizasiyaların qarşılıqlı əlaqəsi, sülh və inkişafın əsası” adlı forumda iştirak etmək üçün Türkmənistandadırlar.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm