Türkiyədə HƏYƏCANLI ANLAR: sərnişinlərlə dolu dəyyarənin şassisi qırıldı
Bizi izləyin

Region

Türkiyədə HƏYƏCANLI ANLAR: sərnişinlərlə dolu dəyyarənin şassisi qırıldı

Münhendən Antalyaya uçan “Corendon Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinin eniş zamanı şassisi qırılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Hava Sosyal Medya" onlayn platforması məlumat yayıb.

Qeyd edilib ki, insident TC-TJV qeydiyyatlı təyyarənin enişi zamanı bşa ilə baş verib.

Eniş şassisi zədələndikdən sonra təyyarə taksi yolu ilə hərəkətini davam etdirib və dayanıb. Sərnişinləri təxliyyə etmək üçün göyərtəyə yerüstü xidmət maşınları gəlib və onların köməyi ilə insanlar təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

Hazırda təyyarədə texniki işlər davam edir, bütün fəaliyyətlər nasazlıq olmadan həyata keçirilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm