SEPAH İranın düşmənlərinə sərt cavab VƏD ETDİ
Bizi izləyin

Region

SEPAH İranın düşmənlərinə sərt cavab VƏD ETDİ

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi kosmik qüvvələri İranın düşmənlərinə sərt cavab verməyə hazırdır.

Publika.az “Nour News”a istinadla xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir-Əli Hacızadə deyib.

O qeyd edib ki, İranın digər hərbi strukturları ilə birlikdə hərbi-kosmik qüvvələri də hazırlıq vəziyyətindədir və bu torpağın düşmənləri tərəfindən hər hansı bir səhv olarsa, sərt cavab verəcəklər.

Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İrana qəfil hücuma hazırlaşdığını bildirib. O, cavab atəşinin "son dərəcə dəqiq" və dağıdıcı olacağını söyləyib.

Oktyabrın 1-də İran ordusu 100-dən çox raketdən istifadə etməklə İsrailə kütləvi raket hücumunun başladığını elan edib. Buna səbəb Fələstinin HƏMAS və Livanın "Hizbullah" hərəkatının hədəflərinin İsrail tərəfindən məhv edilməsi olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm