Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
Bizi izləyin

Region

Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ

Türkiyənin ən yaşlı insanı vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kırıkkale şəhərinin Delice rayonunda yaşayan, 6 uşaq anası Arzu Sınıroğlu 117 yaşında vəfat edib. O, 2020-ci ildə koronavirus infeksiyasına yoluxsa da virusa qalib gəlməyi bacarmışdı.

Son illər səhhəti ilə bağlı bəzi problemlər yaşayan Arzunun evdə halı pisləşib və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, o müalicə aldığı xəstəxanada vəfat edib. O, doğulduğu Kırıkalenin Elmalı kəndində dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm