İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
Bizi izləyin

Region

İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi

İranın paytaxtı Kərəc şəhərətrafı qəsəbəsində ötən il 17 nəfərin ölümünə və 200-ə yaxın insanın zəhərlənməsinə səbəb olan saxta araq istehsal etməkdə və kütləvi şəkildə yaymaqda ittiham olunan 4 nəfər edam edilib.

Publika.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

“Edam 2023-cü il iyunun 16-da Kərəc şəhərində 17 nəfərin ölümü, 191 nəfərin zəhərlənməsi ilə nəticələnən spirtli içkilərin istehsalı və yayılması işi üzrə həyata keçirilib”, - deyə məlumatda bildirilir.

Dörd əsas müttəhim edam edilib, bu işdə təqsirli bilinənlərin qalan hissəsi isə həbs cəzasını çəkir.

İranda spirtli içki qadağandır, lakin qeyri-müsəlmanlar və biznes sahibləri dini və sənaye məqsədləri üçün məhdud miqdarda spirtli içki əldə edə bilərlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm