Region
Ərdoğan Trampla regional və qlobal məsələləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Suriyadakı hadisələrin Türkiyə tərəfindən yaxından izlənildiyini, bu ölkənin birliyi, həmrəyliyi və ərazi bütövlüyünün Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib. Prezident Ərdoğan qeyd edib ki, inkişaf etmiş, terrordan azad və dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək.
Telefon danışığı zamanı Qəzza məsələsinə də toxunulub. Prezident Ərdoğan Qəzzada sülhün bərqərar olması istiqamətində səylərin davam etdiyini, Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcəyini bildirib və Qəzza Sülh Şurasına dəvətə görə Trampa təşəkkür edib.
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman26 İyul 19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya26 İyul 19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək




































