Region
Türkiyədə dəhşətli faciə ilə bağlı 15 nəfər HƏBS EDİLDİ
Türkiyədə dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan istintaq çərçivəsində 15 nəfər şübhəli şəxs həbs edilib.
Publika.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, Bolu bələdiyyəsinin sədr müavini Sedat Gülener və yanğınsöndürmə idarəsinin müdir müavini Kənan Coşkun da daxil olmaqla 5 şübhəli məhkəmə qarşısına çıxarılıb.
“Həbsxanaya göndərilən şübhəlilərin sayı artaraq 15-ə çatıb”, - qəzet yazır.
25 yanvar 2025-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin məhkəmə sistemi heç bir şübhə qalmaması üçün insidentə bütün aspektləri ilə aydınlıq gətirmək üçün əlindən gələni edir. O, yanğın ətrafında “siyasi polemika” təşkil edənləri də vicdanlı olmağa çağırıb.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu şəhərindəki Kartalkaya xizək kurortunda yanğın baş verib. "Grand Kartal" otelində baş verən yanğında 78 nəfər həlak olub.
Yanvarın 22-si Türkiyədə matəm günü elan edilib. Azərbaycan lideri İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Hüseyn İbadlı
-
Dünya19:00
Türkiyədə daha bir hotel YANIR - VİDEO
-
Dünya18:00
Alimlər şokda: Yerdən 100 min kilometr uzaqda bu səslər eşidildi
-
Sosial17:13
MN-in hərbi qulluqçularının maaşları BU QƏDƏR ARTIRILDI
-
Nida Xəbər 16:57
Samir Şərifova yeni vəzifə verildi
-
Sosial15:02
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq
-
İdman14:36
Özbək Mançesterə gedir, azərbaycanlı isə Şamaxıya qayıdır: - ŞOK SƏBƏBLƏR
-
Dünya14:18
Bu nəhəng ölkə Trampın hədəfində: Ələ keçirsə, bütün qitəni itirəcək
-
İdman13:48
Heyrətamiz eşq hekayəsi: Suares ona qovuşmaq üçün görün nələr edib - FOTOLAR