Ermənistanda bir həftə sonra seçki keçirilsəydi: Görün Paşinyan neçə faiz səs toplayardı
Bizi izləyin

Region

Ermənistanda bir həftə sonra seçki keçirilsəydi: Görün Paşinyan neçə faiz səs toplayardı

Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, Ermənistan vətəndaşlarının yalnız 11,3%-i hakim “Mülki müqavilə”yə səs verərdi.

Publika.az xəbər verir ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin 1,1 min vətəndaş arasında keçirdiyi sorğunun nəticələri sübut edir. Nümayəndəliyin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib ki, sorğu yanvarın 20-22-də keçirilib.

Reytinqdə ikinci yerdə bədnam videobloqer Vardan Qukasyanın (“İt”) yaratdığı MLC partiyası qərarlaşıb, respondentlərin 6,8%-i MLC-yə səs verməyə hazırdır. İlk üçlüyü 6,5% reytinqlə ikinci prezident Robert Köçəryanın “Hayastan” bloku qapayır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm