Nəqliyyat
Əli Əsədovdan parklanma yerləri ilə bağlı QƏRAR
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, parklanma yerləri müəyyən edilərkən cəlbetmə məntəqələri (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.), eləcə də nəqliyyat infrastrukturu obyektləri (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri), insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsi mövcud olmalıdır.
Bundan başqa, parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var





































