Türkiyə lirəsi çökdü: Tarixi minimum
Bizi izləyin

Region

Türkiyə lirəsi çökdü: Tarixi minimum

Türkiyənin milli valyutası yeni tarixi minimuma çatıb.

Publika.az xəbər verir ki, dolların lirə məzənnəsi bazar ertəsi ilk dəfə olaraq 36 lirə olub. Yanvarın sonunda Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-dən 45%-ə endirib .

Türkiyə Mərkəzi Bankı 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlayıb. Əvvəlki azalma 2023-cü ilin fevralında qeydə alınıb.

Qeyd edək ki, ABŞ-ın ticarət siyasəti ilə bağlı narahatlıqlar fonunda dollar dünya valyutaları qarşısında bahalaşır. Bundan əvvəl Amerika lideri Donald Tramp Kanada, Meksika və Çindən gələn mallara gömrük rüsumunun tətbiq edilməsi haqqında fərman imzalayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm