Region
Ermənistanın dövlət borcu son 3 ayda kəskin artıb: Fantastik məbləğ
Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da 2024-cü ilin sonundakı göstəricidən 4,4% çoxdur. Dollar ifadəsində borc 5,8% artaraq 13,581 milyard dollara çatıb.
Publika.az xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında maliyyə naziri Vahe Hovhannisyan bildirib.
Nazir qeyd edib ki, dövlət borcunun artımı dövlət büdcəsində və ortamüddətli borc strategiyasında müəyyən edilmiş parametrlərə uyğundur. Bu sənədlər həm borclanmanın həcmini, həm də vəsaitlərin mənbələrini müəyyən edir.
Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1% azalıb.
O, həmçinin bildirib ki, daxili borcun payı 50%-ə çatıb. O, bunu müsbət nəticə hesab edir.
2024-cü ilin sonunda dövlət borcu təxminən 5 trilyon 93 milyard dram (təxminən 12,8 milyard dollar) təşkil edib.
Tural
-
Dünya20:48Güclü külək kişini 50 metr havaya qaldırdı
-
Magazin219:48Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR































.jpg)

