Türkiyədə 8000 illik əsrarəngiz heykəl tapıldı
Bizi izləyin

Region

Türkiyədə 8000 illik əsrarəngiz heykəl tapıldı

Türkiyədə 8000 illik əsrarəngiz heykəl tapıldı

Türkiyənin daş dövrü abidələrindən biri olan Ulucak təpəsində arxeoloqlar tülkü dərisindəki adamın təsviri olan gil heykəlcik aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Zakon" məlumat yayıb.

Arxeoloqların bildirdiyinə görə, tülkü dərisindəki bu adam heykəli arxeoloqların daha əvvəl Ulucakda tapdıqları heykəllərdən fərqlənir.

Alimlərin fikrincə, bu bölgədəki tapıntı coğrafi cəhətdən qazıntı yerindən uzaq olan Göbekli Təpə qədim kompleksinin simvolizminə bənzəyir. Bu, Qərbi və Cənub-Şərqi Anadolu neolit ​​mədəniyyətləri arasında əlaqə olduğunu göstərir.

Ulucak Təpəsi (Ulucak Höyük) Türkiyənin qərbində, İzmir vilayətinin Kemalpaşa rayonunda yerləşir. Onun 8850 yaşı var və 2009-cu ildə qazıntılara başlandıqdan sonra Qərbi Anadoluda neolit ​​dövrü insanlarının həyatı ilə bağlı təfərrüatları ortaya qoyan yeni əsərlər tapılıb. Xüsusilə, ərazidə dulusçuluq emalatxanası olub və bunu təsdiqləyən doqquz santimetrlik gil heykəlcik aşkar edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm