İran rusiyalılar üçün viza qaydalarını sərtləşdirdi
Bizi izləyin

Region

İran rusiyalılar üçün viza qaydalarını sərtləşdirdi

İran rusiyalılar üçün viza qaydalarını sərtləşdirdi

İran rusiyalı turistlər üçün giriş prosedurlarını məhdudlaşdırıb.

Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası İranın Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.

Artıq vizaları yalnız Rusiya turoperatorları ilə əməkdaşlıq edən İran turizm agentlikləri vasitəsilə əldə etmək mümkündür, müstəqil viza rəsmiləşdirilməsinə icazə verilmir.

Bu tədbirlərin Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar olduğu və "arzuolunmaz şəxslərin" ölkəyə girişinin qarşısını almaq məqsədi daşıdığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm