Region
Ərdoğan Putinlə görüşəcək
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammitində iştirak etmək üçün Çinə səfər edib.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə liderinin burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb.
Qeyd edilib ki, dövlət başçısını Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz və Ankara valisi Vasip Şahin də daxil olmaqla rəsmi şəxslər yola salıblar. Sentyabrın 1-də isə Çinin Tiencin şəhərində Ərdoğan sammitin genişləndirilmiş iclasında çıxış edəcək və digər dövlətlərin liderləri ilə görüşlər keçirəcək.
Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) 2001 - ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır. Terrorizm, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə məşğuldur.
Hazırda ŞƏT-ə 10 ölkə daxildir: təsisçi dövlətlərdən əlavə, Belarus, Hindistan, İran və Pakistan.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı




































.png)