Region
İsrail iranlı komandirləri belə öldürübmüş
İsrail hərbçiləri təhlükəsizlik qüvvələrinin mobil telefonlarından istifadə edərək İranın bəzi hərbi komandirləri və nüvə alimlərinin hərəkətlərini izləyərək onları öldürə bilib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, İranın kəşfiyyat aparatı İsrailin Tehranda prezident Məsud Pezeşkian da daxil olmaqla ölkənin yüksək rütbəli rəsmilərinin yerləşdiyi bunkeri bombalamasından sonra ciddi təhlükəsizlik qüsuru aşkar edib. İsrail "diqqətsiz istifadə" və sosial mediada mesajlar göndərən cangüdənlərin telefonlarını sındıraraq görüş yerini müəyyənləşdirib.
Qəzet yazır ki, bundan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei genişmiqyaslı təhlükəsizlik tədbirləri, cangüdənlərin sayının artırılması, "Meta" korporasiyasına məxsus olan "WhatsApp" da daxil olmaqla mobil telefon və messencerlərdən istifadənin qadağan edilməsi barədə göstəriş verib. Qeyd olunur ki, hakimiyyət orqanları İsrailin hərbi komandirlərin və alimlərin hərəkətlərini izləməsindən çoxdan şübhələniblər.
İsrail rəsmiləri, həmçinin bildiriblər ki, iranlı nüvə alimləri 2022-ci ilin sonundan nəzarət altındadır və onlara sui-qəsd ehtimalı 2024-cü ilin oktyabrında nəzərdən keçirilir. Bununla belə, Təl-Əviv ABŞ-nin keçmiş prezidenti Cozef Baydenlə gərginlikdən qaçmaq üçün əməliyyatı dayandırıb.
-
Nida Xəbər 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı




































.png)