Paşinyanla görüşən Ərdoğan: Azərbaycanla bu prosesin inkişafından məmnunuq
Bizi izləyin

Region

Paşinyanla görüşən Ərdoğan: Azərbaycanla bu prosesin inkişafından məmnunuq

Paşinyanla görüşən Ərdoğan: Azərbaycanla bu prosesin inkişafından məmnunuq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra bildirib ki, Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlar dəyərləndirilir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğanın sözlərinə görə, Paşinyanla görüşdə “Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda” Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

“Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin inkişafından məmnun olduğunu, Türkiyənin bölgədə sülh, sabitlik və inkişafı dəstəklədiyini və bu prosesə öz töhfəsini verməyə davam edəcəyini bildirib”, - bəyanatda deyilir.

Öz növbəsində Ermənistan baş nazirinin mətbuat xidməti məlumat verib ki, görüş zamanı həmsöhbətlər regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş addımların vacibliyini qeyd ediblər. Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmanın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm