Gürcüstan prezidenti Azərbaycanı qısqandı: Trampa MƏKTUB YAZDI
Bizi izləyin

Region

Gürcüstan prezidenti Azərbaycanı qısqandı: Trampa MƏKTUB YAZDI

Gürcüstan prezidenti Azərbaycanı qısqandı: Trampa MƏKTUB YAZDI

Gürcüstan prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampa açıq məktubunda onu ölkəsinə diqqət yetirməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

Kavelaşvili qeyd edib ki, ABŞ prezidenti Gürcüstanın özündən başqa, onun bütün qonşularına diqqət yetirib.

"Bu, Gürcüstan vətəndaşları arasında "təəssüf" yaradır", - deyə dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Tramp artıq Azərbaycan və Ermənistanla sülh sazişinin rəsmiləşdirilməsinə, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq qurmağa və hətta Vladimir Putinlə tərəfdaşlığı bərpa etməyə uğurla kömək edib. Kavelaşvili Trampa ABŞ ilə strateji tərəfdaşlığı bərpa edəcəyinə dair vəd verib.

Kavelaşvili müraciətində həmçinin Tbilisi ilə Vaşinqton arasında dəyərlərin və dünyagörüşlərin üst-üstə düşdüyünü qeyd edib. Bunu nəzərə alan prezident Trampı ölkəsinə münasibəti dəyişməyə çağırıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm