Region
Türkiyənin emal zavodları Rusiya neftindən İMTİNA EDİR? - İDDİA
Türkiyədəki bir sıra neft emalı zavodları Qərb ölkələrinin Rusiya neft sənayesinə qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda İraq, Qazaxıstan və digər ölkələrdən daha çox neft almağa başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Belə ki, Türkiyənin ən böyük neft emalı zavodlarından biri olan "SOCAR STAR Oil Refinery" bu yaxınlarda Qazaxıstan, İraq və digər təchizatçılardan dekabr ayında çatdırılmaq üzrə gündəlik 77 min ilə 129 min barel arasında olan dörd neft partiyası sifariş edib. Bildirilir ki, sentyabr və oktyabr aylarında bu zavod Rusiyadan gündəlik təxminən 210 min barel neft alırdı.
Digər bir türk şirkəti olan "Turkiye Petrol Rafinerileri AS" (TUPRAS), keyfiyyətcə Rusiyanın Urals markasına bənzər neftin, o cümlədən İraqdan olan neftin tədarükünü artırıb. Mənbələrin məlumatına görə, şirkətin iki zavodundan biri Avropa ölkələrinə yanacaq ixracını davam etdirmək üçün Rusiyadan neft alımını tamamilə dayandıra bilər. Digər zavod isə Rusiya enerji resurslarını emal etməyə davam edəcək.
Avropa İttifaqı 23 oktyabr tarixində Rusiyaya qarşı yeni – 19-cu sanksiya paketini rəsmi şəkildə təsdiqləyib.
Yeni sanksiya paketi Rusiya banklarına və kriptovalyuta əməliyyatlarına qarşı məhdudiyyətləri əhatə edir. Həmçinin, Aİ bu paketə Rusiya neftini daşıyan xarici bayraqlı 100-dən çox tankerə qarşı məhdudiyyətlər də daxil edib.
Bundan əlavə, Aİ-nin diplomatik rəhbəri Kaya Kallas Rusiya diplomatlarının Aİ ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib.
Hüseyn İbadlı
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi



































.jpg)



