Region
Türkiyə İranı belə xilas edib: Ölkəyə girmək istəyən silahlı qrupları izləyib və...
İsrail və Amerika strukturları da daxil olmaqla xarici kəşfiyyat orqanlarının dəstəklədiyi silahlı qrupun İrana sızma cəhdinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bildirilir ki, bunu qarşısını Türkiyənin ötürdüyü kəşfiyyat məlumatları əsasında almaq mümkün olub.
"Bu, artıq Türkiyə kəşfiyyat xidməti MIT tərəfindən İrana ötürülən terrorçular haqqında ikinci məlumatdır", - xəbərdə deyilir.
Eyni mənbə əvvəllər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana ABŞ və İsrail tərəfindən dəstəklənən və ölkəyə soxulan kürd silahlı qruplarını zərərsizləşdirməyə kömək etdiyini bildirmişdi.
Mənbələrə görə, Türkiyə İrana yaraqlı hərəkatlar barədə kəşfiyyat məlumatları verib. Daha sonra İİKK qüvvələri əməliyyat keçirərək İlam və Kermanşah əyalətlərində PJAK üzvlərinin əksəriyyətini məhv edib.
"Türkiyə kəşfiyyatı MIT yaraqlıların İraqdan gələn marşrutunu izləyib və İranla məlumat mübadiləsini əlaqələndirib ki, bu da təxribatın tez bir zamanda qarşısını almağa imkan verib", - məlumatda qeyd edilir.
Tural
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?
-
Region10:39Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
































.jpg)




