Region
İran İsraillə gizli danışıqlar aparır: Vasitəçi görün hansı ölkədir - Şok detallar
İran və İsrail nümayəndə heyətləri dolayı danışıqlar aparır. Rusiya vasitəçi kimi çıxış edir.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti rəsmilərə və diplomatlara istinadən məlumat yayıb.
Bildirilib ki, ölkələr mesaj mübadiləsi aparırlar.
Məlumata görə, dolayı danışıqlar dekabrın sonlarında başlayıb. Həmin vaxt İranın xarici işlər naziri Abbas Əraqçi Moskvadan qayıdıb. Daha sonra Rusiya Tehranla Qüds arasındakı dialoqda vasitəçi olub.
Məqalədə deyilir: "Dekabr ayında İranda etirazlar başladıqdan sonra İsrail rəsmiləri Rusiya vasitəsilə İran hakimiyyətinə İsrailə ilk hücum edilmədiyi təqdirdə İrana hücum etməyəcəklərini bildiriblər. İran Rusiya kanalları vasitəsilə də qabaqlayıcı zərbə endirməyəcəyini bildirib".
Qeyd edək ki, yanvarın 15-i gecəsi İran hava məkanını İraqdan gələn uçuşlar üçün bağlayıb. Hazırda hava məkanı təyyarələr üçün əlçatmaz olaraq qalır.
Akqabay
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































