Region
Xəstəxana çarpaysından EDAMA - Britaniya İranda öldürülən etirazçıların SAYINI AÇIQLADI
İranda 8-dən 9 yanvara keçən gecə etiraz aksiyalarının azı 16,5 min iştirakçısı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti iddia ilə çıxış edib.
Nəşrin yazdığına görə, hadisə yerində çalışan həkimlərin qiymətləndirmələrinə əsasən, ümumilikdə ən azı 16,5 min etirazçı öldürülüb. Onların böyük əksəriyyəti 8–9 yanvar gecəsi, mərhum şahın oğlu, sürgündə olan vəliəhd şahzadə Rza Pəhləvinin geri qaytarılmasını tələb etdiklərinə görə həyatını itirib.
"Daily Mail" hadisə yerindən görüntülər dərc edib. KİV mənbələrinin məlumatına görə, İslam Respublikasının hərbçiləri etirazçıları xəstəxanalara qədər izləyib, daha sonra onları birbaşa xəstəxana çarpayılarından apararaq edam ediblər.
Nəşr qeyd edib ki, İranda fəaliyyət göstərən jurnalistlərə 1979-cu ildə Ruhulla Xomeyninin hakimiyyətə gəlişindən sonra ABŞ-a köçmüş Rza Pəhləvinin adını reportajlarda çəkməmək tapşırılıb.
İranlı jurnalist Nazənin Ənsari baş verənləri “İran holokostu” adlandırıb. Onun sözlərinə görə, “bu zorakılıq yeni deyil, lakin miqyası misilsizdir”. Bu fikirləri Daily Mail yayıb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi iğtişaşlar nəticəsində üç mindən çox insanın həlak olduğunu bildirmişdi.
Xatırladaq ki, kütləvi etiraz aksiyaları İranda 2025-ci ilin dekabr ayının sonunda milli valyuta - İran rialının devalvasiyası fonunda başlayıb. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib.
Ölkənin Xarici İşlər Nazirliyi etirazların təşkilində ABŞ və İsraili ittiham edib.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































