Region
İranda daha 53 etirazçı saxlanıldı
İranın Semnan vilayətində polis 53 etiraz iştirakçısını saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi xəbər yayıb.
Ətraflı məlumatı bölgənin hüquq-mühafizə orqanlarının icraçı komandiri Əli Mirahmadi verib.
“Polisin həyata keçirdiyi kəşfiyyat-əməliyyat nəticəsində Damqan rayonunda 53 etirazçı və qiyamın əsas liderləri aşkar edilərək həbs edilib”, - o bildirib.
Xatırladaq ki, 2025-ci ilin dekabrında İranda milli valyuta - iran rialının dəyər itirməsi fonunda genişmiqyaslı kütləvi etirazlar baş qaldırıb. Hökumət buna cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis isə etirazçıları qarşısını almaq üçün gözyaşardıcı qaz və ölümcül silahlardan istifadə edib.
İran rəsmiləri hadisələrdə xarici qüvvələri günahlandırır.
Əlavə olaraq, ABŞ Prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə çağırıb və “yardım artıq yoldadır” deyə açıqlama verib. Bununla yanaşı, Tramp əvvəlcə Amerika gəmilərinin İrana doğru hərəkət etdiyini də bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































