Region
Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…
Türkiyə parlamenti Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yeni vergi islahatını qəbul edib.
Publika.az xəbər verir ki, “Yeniçağ” qəzetinin yaydığı məlumata görə, yeni qanun xaricdən Türkiyəyə köçən rezidentlərin 20 il müddətində xaricdə əldə etdikləri gəlirlərə görə vergi ödəməkdən azad olunmasını nəzərdə tutur.
Güzəşt yalnız 1 yanvar 2026-cı ildən sonra Türkiyədə məskunlaşan və köçməzdən əvvəl ən azı üç il ölkədə yaşamayan şəxslərə şamil ediləcək.
Məlumata görə, islahatın əsas məqsədi qlobal kapitalı və yüksək texnologiyalar sahəsinə investisiyaları Türkiyəyə cəlb etməkdir. Ən diqqətçəkən yenilik isə xarici gəlirlərin - maaş, dividendlər, icarə və investisiya gəlirlərinin 20 il ərzində vergidən tam azad edilməsidir.
Yeni paketə əsasən, Türkiyəyə yeni köçən şəxslər üçün miras və hədiyyə vergisi də ciddi şəkildə azaldılıb. Belə ki, əvvəllər 30 faizə qədər yüksələn proqressiv vergi dərəcəsi indi simvolik 1 faiz olacaq.
Bununla yanaşı, Türkiyə daxilində əldə olunan gəlirlərə tətbiq edilən gəlir vergisi həmin şəxslər üçün əvvəlki kimi 15-40 faiz aralığında qalacaq.
Qanun paketində həmçinin növbəti “kapital amnistiyası” da yer alıb. Fiziki və hüquqi şəxslər 31 iyul 2027-ci ilədək xaricdəki aktivlərini - nağd vəsait, qızıl və qiymətli kağızları Türkiyə bankları vasitəsilə bəyan edə biləcəklər.
Bəyan edilən vəsaitlərin vergi yoxlamalarından qorunacağı bildirilir.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"















.jpg)



.jpg)









.jpg)








