Region
Türkiyənin cənubunda üç zəlzələ baş verdi - YENİLƏNDİ
Oktyabrın 4-də Türkiyənin cənubundakı Adana və Osmaniyə əyalətlərində 4,8, 4,9 və 5,2 bal gücündə zəlzələlər baş verib.
Publika.az Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna (AFAD) istinadla xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 14:19-da Adana əyalətində qeydə alınıb, 4,8 bal gücündə zəlzələnin episentri Saimbeyli rayonunda olub.
On yeddi dəqiqə sonra eyni ərazidə 4,9 bal gücündə zəlzələ, yerli vaxtla saat 14:43-də isə qonşu Osmaniyə əyalətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
xxx
16:51
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Adana vilayətindəki zəlzələlərdən sonra, yerli vaxtla saat 14:43-də qeydə alınıb. Zəlzələ ocağının yerin 7 kilometr dərinliyində yerləşdiyi bildirilir.
15:47
Türkiyənin Adana əyalətində 4,8 bal gücündə zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Saimbəyli rayonunda baş verən zəlzələnin ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar





































.jpg)