Region
İran dağıdıcı müharibəyə hazırdır: Kifayət qədər silah toplayıb
İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talai-Nik bildirib ki, ölkənin silah istehsalı gücü davamlı hərbi əməliyyatların ehtiyaclarını ödəmək üçün kifayətdir.
Publika.az xəbər verir ki, Talai-Nik dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, "Hazırda istehsal sistemimiz uzun və davamlı müharibə aparmaq gücünə malikdir".
Onun sözlərinə görə, ABŞ-a qarşı hərbi əməliyyatlar zamanı silah istehsalının həcmi 2,5 dəfə artıb. O əlavə edib ki, ölkə əvvəlcədən təhlükəsiz ehtiyat istehsal sahələri hazırlayıb və bu da hərbi istehsalın fasiləsiz davam etməsini təmin edib.
O bildirib ki, təxminən 9000 şirkət hərbi istehsal prosesinə könüllü olaraq qoşulub.
Sözçü qeyd edib ki, Müdafiə Nazirliyinin mütəxəssisləri raket sistemi ekipajları, PUA bölmələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə birlikdə döyüş təcrübəsindən istifadə edərək, ortaya çıxan təhdidləri aradan qaldırmaq üçün silah və avadanlıqları modernləşdirirlər.
İran Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, Tehran öz hərbi ehtiyaclarını ödəməyə üstünlük verəcək, eyni zamanda artıq müdafiə məhsullarını ixrac etməyi planlaşdırır.
Müəllif: Tural
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial09:38Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
























.png)











